İran səmasında kəşfiyyat uçuşunda olarkən yerə endirməyə müvəffəq olduğu "RQ-170" tipli pilotsuz kəşfiyyat təyyarəsini Vaşinqtona qaytarmaq niyyətində deyil
ABŞ indiyədək dəfələrlə Tehrana müraciət edərək təyyarəni geri istəmişdi.
Milli.Az İSNA-ya istinadən bildirir ki, rəsmi Tehran amerikalıların tələblərini nəzərə alaraq Vaşinqtona həmin təyyarəni yox, onun oyuncaq modelini göndərəcəyini vurğulayıb.
Model "RQ-170"in 1/80 ölçüsündə olacaq, üstəlik, İranda 70 min riyala (7 dollar) satılacaq.