Taliblər yeni silah istehsal ediblər

Taliblərin “Ömər” adlandırdıqları və detektorlar tərəfindən təsbit edilməyən yeni bir bomba istehsal etdikləri haqda məlumat verilib.

Taliban rəsmisi Yusif Əhmədi bu haqda məlumat verərək deyib ki, “”Ömər” bombası işğalçılara qarşı mübarizədə ən son istifadə etdiyimiz silahlardan biridir. Bu bomba minaaxtaran qurğu tərəfindən də təsbit edilə bilmir. Onun belə adlandırılması isə Taliban lideri Molla Ömərin adı ilə bağlıdır”.

Ancaq o, bombanın necə hazırlanması haqda ətraflı məlumat verməyib.

/dunyabulteni/

/AzeriMuslims/

В этом разделе