Qətərdən Liviyaya silah yardımı

Qətərdən yola düşən bir tәyyarәnin Liviyalı müxaliflәrә silah apardığı iddia edilib.

313news.net saytının  Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Bu barədə Reuters xәbәr agentliyinә açıqlama verәn bir müxalif, gövdәsindә Qətər yazılan tәyyarәnin havaya qalxdıqdan dәrhal sonra çәkilәn bir fotoşәklini göstәrib. 

Adının açıqlanmasını istәmәyәn bir başqa mənbə isə Misrataya enәn vә qısa müddәtdәn sonra yenidən havaya qalxan tәyyarәdәn silahla dolu 6 yük maşının endirildiyini bildirib. 

Misrata hava limanının nümayəndələri tәyyarәnin aeroporta endiyini tәsdiqlәsələr də, bununla bağlı әtraflı mәlumat vermәyiblәr.

В этом разделе