İran xarici işlər sözçüsü:İran, yaxında nüvə elektrik istehsalçılarına qatılır! (Eksklüziv)

İran xarici işlər nazirinin nüvə işlər məsləhətçisi Qaribabadi, İran İslam respublikasının çox yaxın bir gələcəkdə nüvə elektrik çıxaran ölkələr arasında iştirak edəcəyini açıqladı.

İranın Semnan əyalətində təşkil edilən nüvə qeyd etmə mərasimində danışan Qaribabadi yaxın gələcəkdə ilk dəfə min megavatlq nüvə elektrikin ölkənin elektrik paylama şəbəkəsinə əlavə olunacağını, Buşehr nüvə stansiyasının ön sınaq işinin iki ay əvvəl reallaşdığını və önümüzdəki aylarda da sınaq işlərinə başlayaraq min megavatlıq tutum ilə dövrəyə girəcəyini ifadə etdi.

İranın nadir ədəddə nüvə elektrik çıxaran ölkələrin arasında iştirak edəcəyini yazan Qaribabadi, ayrıca İranlı elm adamlarının 360 megavatlıq yeni bir nüvə stansiya tikməkdə olduqlarını, nüvə elektrikin qalıq yanacaqdan əldə edilən elektrikə görə çox daha iqtisadi olduğunu və ayrıca ətraf çirkliyi baxımından da daha az çirklədici xüsusiyyət daşıdığını vurğuladı.

313news.net

В этом разделе