İran 4 yeni sualtı qayığını hərbi dəniz donanmasına əlavə edib

Sualtı qayıqlar

Müdafiə naziri Əhməd Vahidi, bu sualtı qayıqlarla müdafiəni daha da gücləndirdiklərini söyləyib.

"Faktxeber"in İran mediasına istinadən verdiyi məlumata görə, İran yeni istehsal etdiyi 4 yeni sualtı qayğını sınaqdan keçirib. Yeni 120 ton ağırlığındakı sualtı qayıqlar mətbuata tanıdılıb.

Qeyd edək ki, İran nüvə proqramına qarşı ola biləcək hər bir hücuma sərt cavab verəcəyini bildirir.

В этом разделе