“İran ən kiçik ehtimalı belə ciddi dəyərləndirir. Biz özümüzü müdafiə etmək üçün lazımi mövqe tutmuşuq. Ölkəmizə hər hansı hərbi müdaxilə olarsa, düşmənlərimizə sərt cavab verəcəyik”
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İranın Livandakı səfiri Qəzənfər Röknəbadi bildirib. Onun sözlərinə görə, hazırda 11 min raket hazır vəziyyətdədir: “Biz hücum ehtimalına qarşı hazırlıqlıyıq. Bu raketlər hər hansı hərbi müdaxilə olacağı təqdirdə, ABŞ və İsrailin bölgədəki obyektlərinə buraxılmaq məqsədilə hazır vəziyyətə gətirilib”.