Bu günlərdə ABŞ dövlət katibinin müavini Rouz Qotmüller bildirib ki, İsrail rejimi, Hindistan, Pakistan və Şimali Koreya nüvə silahının yayılmaması barədə razılaşmaya qoşulmalıdır, - “Nyusru.co.il” xəbər verir.
“İsrail, Hindistan, Pakistan və Şimali Koreya da daxil olmaqla bütün ölkələrin “Nüvə silahının yayılmaması haqqında razılaşmaya” sadiq qalması Birləşmiş Ştatların başlıca məqsədidir”, - deyə ABŞ xarici siyasət idarəsinin rəsmisi bildirib.
Çıxışından sonra jurnalistlərin suallarına cavab verən Qotmüller, rəsmi Vaşinqtonun bu məsələdə sionist rejiminə təzyiq göstərib-göstərməyəcəyi barədə heç bir açıqlama verməyib. Belə ki, artıq ABŞ rəsmisinin bu bəyanatı İsrail rejiminin mətbuatında günün xəbəri olub. "Dəyərlər"