Zühur yaxındır filmi düşmənin oyunu ola bilər-Ayətullah Məkarim Şirazi

Ayətullah Məkarim Şirazi

İranda "Zühur yaxındır" adlı sənədli film yayılıb

Bu filmdə İmam Mehdi (ə.f) zühurunun yaxınlaşması və zühur əlamətləri haqda məlumat verilir.

İslam-Azeri.az İnternet qəzetinin İran mediasına istinadən xəbərinə görə, İranın nüfuzlu mərcei təqlid müctehidi Ayətullah Nasir Məkarim Şirazi bu filmlə bağlı öz narahatçılığını bildirib.

Filmdə Əhmədinejadın "Şüeyb İbn Saleh" Ayətullah Xameneinin isə Xorasanlı Seyyid olduğu iddia edilir.

Ayətullah Şirazi isə bu cür iddiaların insanların əqidəsinə mənfi təsir etdiyini önə çəkib.

Sözlərinin davamında o bu filmin çəkilişində düşmənlərin rolunun istisna olmadığını bildirərək deyib: "Bunlar gənc nəsilin məscidlərə gəlməsindən qorxurlar, son zamanlarda bəzi kəslər, şübhə verici işlər edirlər və xalqın inanclarını siyasi məsələlərə alət edirlər".

Höccətülislam Mürtəza Tehrani isə Əhmədinejadın da bu filmdən narahat olduğunu önə çəkib.

Xatırladaq ki, bu filmin Mahmud Əhmədinejadın müşaviri Rəhim Məşainin sifarişilə hazırlandığı xəbərlərinə də Əhmədinejada yaxın olan Tehrani belə münasibət bildirib: "Mənə də bu cür xəbərlər eşitdim. Ancaq bu xəbərin düzlüyünə inanmıram".

P.S. Bu film çox peşəkar səviyyədə hazırlanıb. Və ilk görünüşdən bu filmdə səhv tutmaq qeyri mümkündür. Bu filmdə hədislərə istinadın olunması insanda inamı artırır.

В этом разделе