Xamneyi şiələri və sünniləri birləşməyə çağırıb

İranın ali dini lideri Ayətullah Seyyid Əli Xamneyi dünən İranda sünnilərin sıx məskunlaşdığı Kürdistan əyalətindəki çıxışında sünni və şiə müsəlmanları həmrəy olmağa çağırıb.

“İran xalqının və rəhbərliyinin sayıqlığı sayəsində düşmənləri tərəfindən ona qarşı qurulan tələlərə düşməmişdir. Xalqlarımız həmrəy olacağı təqdirdə Amerika bizə heç bir şey edə bilməyəcəkdir. Düşmən bilməlidir ki, biz əsla zəifləməyəcəyik. Prinsiplərimizdən güzəştə getməyəcəyik. Biz bütün imkanlarımızdan istifadə edərək, hökumətimizi müdafiə edəcəyik” – deyə Əli Xamneyi çıxışında bildirib.

Müsəlmanlar arasında vəhdətin qorunmasının olduqca böyük əhəmiyyət kəsb etdiyini bildirən Xamneyi müsəlmanlar arasında fitnə-fəsad törədənlərin nə sünni, nə də şiə olduğunu vurğulayıb.

“Şiələrin qəlbində sünnilərə qarşı kin salmağa çalışanlar, eyni kini şiələrə qarşı yaratmağa cəhd edənlər nə sünni, nə də şiədirlər. Belələri nə sünniləri, nə də şiələri sevirlər. Onlar İslamın düşmənləridirlər. Müsəlmanlar məzhəblərindən asılı olmayaraq, həmrəylik nümayiş etdirməli, İslam vəhdətini qoruyub saxlamalıdırlar” – deyə İranın ali dini lideri bildirib.

/timeturk/


/AzeriMuslims/


В этом разделе