İslam-Azeri.az internet qəzetinin İran KİV-lərinə istinadlı xəbərinə görə Ayətullah Sübhani Çin rejiminin uyğuurlara qarşı soyqırım siyasətini pisləyib.
Milliyətcə azərbaycanlı olan İslam aləminin böyük alimlərindən və mərcei təqlid müctehidlərindən olan Ayətullah Cəfər Sübhani Sincandakı hadisələrə toxunaraq: "Sincandan gələn xəbərlər, oradakı müdafiəsiz müsəlmanların dünənin kommunist və bu günün kapitalist Çini tərəfindən hücuma uğradığını göstərir"-deyib.
"Müsəlman Uyğur xalqı, vətəndaşlıq haqq və hüququna riayət edilməsini istəyir. Çin rəhbərliyi, bütün vətəndaşlarına eyni gözlə baxmalı və hamısının hüququna hörmətli olmalıdır" deyən Ayətullah Sübhani üzünün beynəlxalq təşkilatlara tutaraq bu məsələyə daha düzgün qiymət verilməsini istəyib: "Bütün beynəlxalq təşkilat və quruluşlardan, xüsusilə də İslam Konfransı Təşkilatından (İKT) ən qısa müddətdə vəzifələrini yerinə yetirməsini istəyirik. Sincandakı Müsəlmanların can və mallarını qorusunlar, onların haqq və hüququnun tapdalanmasına icazə verməsinlər".
Nəzərinizə çatdıraq ki, uyğurlara qarşı soyqırım siyasətinə demək olar ki, bütün mərcei təqlid müctehidləri öz etirazını bildiriblər.
İslam-Azeri.az