Tehranda bu cümə namazı ali dini liderin imamətilə qılınacaq

İmam Rzanın (ə) şəhadət günündə böyük cümə namazının təşkil olunması planlaşdırılır

Bu həftə İmam Həzrət Əli İbn Musa Rzanın (ə) şəhadətinin ildönümündə Tehran şəhərində cümə namazı  ölkənin  ali dini lideri Ayətullah Xameneinin imamətliyi ilə qılınacaq. Tehran Cümə Namazı Qərargahı bu barədə elan verib. 313news.net-in dini liderin informasiya bloku "Leader"ə istinadlı məlumatına görə elanda qeyd olunur ki, bu həftənin cümə namazı səfər ayının son günü – Allahın səkkizinci höccəti İmam Rzanın (ə) şəhadətinin ildönümündə xalqın imanlı və əzadar nümayəndələrinin geniş iştirakı və Ayətullah Xameneinin imamətliyi ilə Tehran Universitetində qılınacaq.      

В этом разделе