Təbrizdə sərnişin təyyarəsi qəzaya uğrayıb

İranda paytaxt Tehrandan Təbrizə uçan “Foker 100” tipli sərnişin təyyarəsi Təbriz hava limanına endikdən sonra qəzaya uğrayıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hava yağışlı olduğundan təyyarə endikdən sonra sürüşərək uçuş-enmə zolağından çıxıb. Təyyarə zolağın kənarındakı maneələrə çırpılıb. Nəticədə 2 sərnişin yaralanıb.

Qeyd edək ki, Təbriz hava limanı artıq 57 ildir fəaliyyətdədir. Hava limanından hər gün 16 istiqamətə sərnişin təyyarəsi yola salınır.

В этом разделе