Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
Təbriz şiə müsəlmanlarının mənəvi paytaxtı elan olunub
İranın Şərqi Azərbaycan əyalətinin Turizm və Mədəni Abidələrin Mühafizəsi İdarəsinin rəisi Turab Məhəmmədi bildirib ki, İran Prezidenti Mahmud Əhmədinejadın Şərqi Azərbaycan əyalətinə səfəri zamanı Təbriz şiə müsəlmanlarının mənəvi paytaxtı elan ediləcək. Bu barədə MEHR xəbəra gentliyi məlumat yayıb.
Məhəmmədi əlavə edib ki, Şərqi Azərbaycan əyaləti və Təbriz şəhər əhalisi qədim zamanlardan Peygəmbərin əhli-beytinə məhəbbət bəsləyən olublar. "İranın Turizm və Mədəni Abidələrin Mühafizəsi İdarəsi Təbriz şəhərinin şiə müsəlmanların mənəvi paytaxtı təklifini yekdilliklə qəbul edib və Prezident Əhmədinejadın Təbrizə səfəri zamanı bu, rəsmi şəkildə açıqlanacaq", - deyə Məhəmmədi deyib.
İran Prezidenti Əhmədinejad çərşənbə günü Təbrizə səfər edəcək. /trend/