“İki ölkə arasındakı müsbət əməkdaşlıq keçmişdə olduğundan da sürətli bir templə davam etdirilməlidir”
Məlumatı dini liderin informasiya bloku yayıb. İran və Suriya arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu  deyən Ayətullah Xamenei iki ölkə arasında iqtisadiyyat və  texnologiya sahəsində də əməkdaşlığın genişləndirilməsindən məmnun  qaldığını bildirərək əlavə eib: “Bu əməkdaşlıqların daha da  genişləndirilməsi üçün də imkan və potensial mövcuddur”.
O həmçinin deyib: “Regionda 30 il müddətində belə yüksək səviyyədə və  möhkəm ikitərəfli əməkdaşlıq etmiş başqa iki dövlət yoxdur, ona görə də  bu təcrübədən maksimum dərəcədə yararlanmaq lazımdır”.
Ölkə başçısı Mahmud Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Suriya Respublikasının prezidenti Bəşşar Əsəd də, öz növbəsində, iki ölkə arasında nümunəvi əməkdaşlığın mövcud olduğunu qeyd edərək vurğulayıb: “İran İslam Respublikası və Suriya eyni səngərdə və ortaq hədəflər uğrunda vuruşurlar”.














