“Hörmüz boğazının bağlanması planı masadadır. Ancaq İran xalqı ciddi təhdidlərə məruz qalmadığı təqdirdə, dünyanın enerji ehtiyatlarının 40%-nin keçdiyi bu boğazın bağlanmasına razı deyil”.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Seyid Həsən Firuzabadi deyib.
Onun sözlərinə görə, yüz millət vəkilinin Hörmüz boğazının bağlanması ilə bağlı tələbi xalqın tələbidir: “Hazırda Hörmüz boğazının bağlanması planı gündəmdədir. Buna səbəb Hörmüz boğazının dünyadakı strateji boğazlardan biri olmasıdır. Hərbçilərin bütün variantları hər zaman hazır olmalıdır”.