Böyük ehtimalla Cümə axşamı gecə Şəvval ayının hilalı görsənəcəkdir və sentyabr ayının 10-u Cümə günü Fitr bayramıdır.
Ahlibeyt.az-ın məlumatına görə Ayətullahul-Üzma Seyyid Əli Xameneinin nəzarətində olan "İstihlal mərkəzi"nin (qəməri ayların hilalının görünməsi ilə bağlı araşdırmalar aparan mərkəz) məsul işçilərindən olan Höccətül-islam vəl-müslimin Əlirza Müvəhhidnejad bildirmişdir ki, böyük ehtimalla Cümə axşamı gecə Şəvval ayının hilalı görsənəcəkdir və sentyabr ayının 10-u Cümə günü Fitr bayramıdır.
Əlirza Müvəhhidnejad həmçinin bildirmişdir ki, mümkün deyildir ki, çərşənbənin gecəsi Şəvval ayının hilalı görsənmiş olsun. Yəni sentyabr ayının 9-u heç cür Şəvval ayının 1-ci günü ola bilməz.