İran televiziyası Hacı İlqar İbrahimoğlu ilə bağlı səhv məlumat yaydığını etiraf edib
Səhər TV baş vermiş anlaşılmazlığa görə tamaşaçılardan və Hacı İlqardan üzrxahlıq edib. "Deyerler"in məlumatına görə bununla əlaqədar Səhər TV-nin yaydığı açıqlamada bildirilir:
“İçəri Şəhər Cümə məscidinin imam camaatı və Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu hicab məsələsi ilə bağlı təqlid mərcələrinin nəzərləri ilə bağlı Beynəlxalq Səhər Kanalı ilə heç bir müsahibəsi olmayıb.
Beynəlxalq Səhər Kanalının Azəri dilində verilişlər yayımlayan bölməsi bildirir ki, çərşənbə günü dekabrın 29-da kanalın Bakı vaxtı ilə saat 21-də efirə gedən xəbər buraxılışında bu istiqamətdə yayımlanan xəbər, texniki xətalar ucbatından baş verib və bir anlaşılmazlıqların nəticəsidir.
Səhər kanalının tamaşaçılarından və əziz qardaşımız Hacı İlqar İbrahimoğludan baş vermiş anlaşılmamazlığa görə üzr diləyirik.
Səhər TV”