Rusiya Xarici İşlər Nazirliyi Avropa Birliyinin (AB) İrana qarşı tətbiq etdiyi son sanksiyaları pisləyən bəyanat yayıb.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, sənəddə AB-nin İrana qarşı son sanksiya qərarından narahatlıq ifadə olunur: “Bu sanksiyalar İranla müzakirələrə zərər verir. AB-nin yeni sanksiyaları İranın nüvə proqramı ətrafında yaranmış gərginliyi həll etmək niyyəti ilə diplomatik səylərini davam etdirən “altılıq” ölkələrinin bütövlüyünə zərbə vurur. Bununla belə, biz növbəti nüvə müzakirələrinin keçirilməsinə çalışırıq”.