Rusiya İrana nüvə yanacağı verəcək

Avqustun 21-dən Buşəhr nüvə zavoduna nüvə yanacağı veriləcək

Rusyanın Atom Enerjisi İdarəsi İranın Buşəhr nüvə zavodunun reaktoruna avqustun 21-dən nüvə yanacağı doldurmağa başlayacaq. Rusiya Atom Enerjisi İdarəsinin nümayəndəsi deyib ki, 21 avqustdakı bu hadisə İran İslam Respublikasının nüvə zavodunun işə düşməsi üçün bir başlanğıc olacaq.

"ANSPRESS" İTAR-TASS agentliyinə istinadən bildirir ki, əvvəllər yayılan açıqlamalarda Buşəhr nüvə zavodunun 21 avqustdan fəaliyyətə başlayacağı deyilirdi. Ancaq indi bəlli olub ki, zavod hələ avqustun 21-də işə başlaya bilməyəcək.

Öz növbəsində İranın Atom Enerjisi İdarəsinin rəhbəri Əli Əkbər Salihi deyib ki, Buşəhr nüvə zavodunun sentyabr ayında işə salınması planlaşdırılır.

В этом разделе