ABŞ-ın “Anti-iran siyasəti”ni dəstəkləyən rəsmi Londonun mövqeyi İran xalqı üçün xüsusi əhəmiyyətə malik deyil
SalamNews IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Mahmud Əhmədinejad Misirin “Əl-Yaum” qəzetinə verdiyi müsahibəsində bildirib. O deyib: “Böyük Britaniya hər zaman ABŞ-ın tərəfində durub və onun bugünkü Obama administrasiyasını dəstəkləməsi faktı bizim üçün yeni yaxud qeyri-adi bir hal deyil. Bu ölkə artıq 60 ildir ki, ABŞ-ın təsiri altındadır”.
Suriya məsələsinə toxunan İran prezidenti ölkələr arasında razılığın əldə olunması üçün bütün tərəflərin səy göstərməsinin lazım olduğunu vurğulayıb: “Bütün tərəflər razılıq əldə etmək üçün cəhd göstərməlidirlər”.
O, həmçinin ölkənin daxili işlərinə xaricdən təsir göstərilməsinin və mübahisəli tərəflərin silahla təchiz olunmasının yolverilməz olduğunu bildirib.