Rəhbərlə ata-oğul kimiyik-Əhmədinejad

İran prezidenti ali dini liderlə münasibətlərinin yaxşı olduğunu bildirib

İran prezidenti bir müddətlik fasilədən sonra nəhayət, ekranlarda görünüb. 313news.net-in ABNA-ya istinadlı xəbərinə görə İran dövlət televiziyasında müsahibə verən İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad mətbuatın onunla bağlı xəbərlərini təkzib edib: "İranın düşmənləri mənim Rəhbərlə ata-oğul münasibətlərimi anlamağa acizdir". O qeyd edib ki, bu günkü nazirlər kabinetinin iclasına qatılacaq.

Xatırladaq ki, 17 apreldə İranın kəşfiyyat idarəsinin rəhbəri Müslihi istefa vermiş, prezident də onun istefasını qəbul etmişdi. Lakin ölkənin ali dini lideri Ayətullah Xameneyi bununla razılaşmamış və Müslihini yenidən həmin posta təyin etmişdi. Bundan sonra isə Əhmədinejad görünməmiş, hətta nazirlər kabinetinin iclaslarına qatılmamışdı. Qərb KİV isə bunu prezidentin dini rəhbərdən "küsməsi" kimi dəyərləndirmişdi.

В этом разделе