Rəhbər Ayətullah Xamenei:"Obama, sözlərində səmimi olduğunu göstərsin!" (eksklüziv)

İran İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamenei , ABŞ-ın əvvəlcə yeni dövrlə əlaqədar iddialarında səmimi olduğunu isbat etməsi lazım olduğunu vurğuladı. 313news.net-in Farsnews-a istinadən verdiyi xəbərə görə, İran İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamenei h-ş. yeni ilinə girərkən etdiyi əhəmiyyətli danışmada iç və xarici məsələlərə toxundu.

İran İslam Respublikası Rəhbəri, daxili və xarici məsələləri qiymətləndirdiyi tarixi çıxışında İranın əvvəlcə islam düşmənlərinə qarşı oyanıq olması lazım olduğunu vurğulayıb Müsəlmanları birlik və birliyə dəvət etdi.

İran İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamenei , Əhli Beyt imamlarının 8-cisi olan İmam Riza həzrətlərinin mübarək türbəsinin olduğu Məşhəd şəhərində xalqa xitab olaraq etdiyi çıxışda , imperializmin hər gün islam qarşısında geriləməyi və islam ölkələrinin bir-birinə yaxınlaşmasını və irəliləməsini həzm edə bilmədiyini ifadə edərək, barış iddialarıyla gələn Obamanın inandırıcı ola bilməsinin tək yolunun, söylədiklərini etməsi və təcavüzkarlığı buraxıb barışdan yana addımlar atan bir siyasət sərgiləməsiylə mümkün olacağını ifadə etdi.

İran İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamenei belə dedi:

" ABŞ, başda İran gəlmək üzrə islam ölkələrini bölüb parçalama siyasətini buraxmadığı, Qəzzəni qan gölünə çevirən körpə qatili İşğalçı İsraili dəstəkləməyə son vermədiyi, İrana 30 ildir tətbiq etdiyi embarqonu qaldırmadığı və əl qoyduğu mallarımızı və banklarda 30 ildir bloka etdiyi pullarımızı geri qaytarmadığı müddətcə dəyişmədən söz edə bilməz!. Bir tərəfdən İrana dostluq uzadırıq deyib digər tərəfdən məxmər əlcəyin altında dəmir bir yumruq gizləməyə çalışsalar İran xalqını aldada bilməyəcəklərini artıq anlamış olmalılar!"


В этом разделе