ABŞ prezidenti İranın ali dini liderinə xəbərdarlıq edb
Bu barədə İran Məclisinin deputatı Əli Mütəhhəri bildirib. “Fars” agentliyinin məlumatına görə, deputat deyib ki, Barak Obama İranın birbaşa danışıqlara çağırıb: “Məktubun birinci hissəsi hədədən, ikinci hissəsi isə dialoq təklifindən ibarətdir”.
Məktubun göndərildiyini İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst də təsdiqləyib. Onun sözlərinə görə, Ağ evin təşəbbüslərinə cavab variantları nəzərdən keçirilir. Məlumata görə, məktubda Hörmüz boğazının "qırmızı xətt" olduğu bildirilib.