Ekspertlər bu hərbi qüvvələrin İran RƏM-i məhv etmək üçün kifayət etdiyini düşünür
ABŞ İran sahillərində 430 “Tomaqavk” qanadlı raketləri yerləşdirib. ANS PRESS-in İnterfax-a istinadən verdiyi məlumata görə, “Tomaqavk” 1,6 min km uzaqməsafəli raketlərdir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin informasiya mərkəzinin məlumatına görə, hazırda Fars körfəzində “Enterprayz” təyyarə gəmisi saxlanılır. Bundan başqa, içərisində “Tomaqavk” raketlərinin olduğunu “Avraam Linkoln” hərbi gəmi isə Ərəb dənizin şimal qonşuluğunda saxlanılır. Elə həmin regionda 154 qanalı raketlə “Corciya” həmləçi atom sualtı gəmisi, tərkibinə amfibiyno-desant gəmi və göyərtəsində 12 “Tomaqavk” raketlər olan atom sualtı qayığı yerləşdirilib.
Ekspertlərin fikrincə, hərbi əməliyyatlar keçiriləcəyi təqdirdə bu raketlər İranın Raket Əleyhinə Müdafiə sistemini və hərbi aerodromlarını sıradan çıxarmağa kifayət edir.
NATO Liviyanın hərbi obyektləri üzrə əməliyyatlarının ilk sutkaları ərzində ölkənin RƏM sistemini məhv etmək üçün Amerika 110 qanadlı raketdən istifadə etmişdi.