Qərbin qadına qarşı olan çirkin nəzəri tənqid edilməlidir-Ayətullah Xameneyi

Ayətullah Seyid Əli Xamenei

İranın ali dini lideri İslamda qadının yerindən danışıb

İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi Həzrət Fatimənin (ə) mövludu-qadınlar günü ilə əlaqədar yüzlərlə qadın qarşısında çıxış edib. 313news.net-in "Fars" xəbər agentliyinə istinadlı xəbərinə görə, Ayətullah Xameneyi çıxışında bildirib ki, İslamın nəzərində qadın evin çiçəyidir, gülüdür.

Dini rəhbər bildirib ki, İslam Respublikasında qadın hüquqlarının təmin edilməsi ilə bağlı bir çox işlər görülüb, lakin görüləsi işlər də var. O həmçinin bildirib ki, Qərbin qadına qarşı yalnış nəzərinə qarşı mübarizə aparılmalı və bu çirkin nəzər tənqid edilməlidir.

В этом разделе