"Qadın şəhvət vasitəsinə çevrilib"
İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi "İslam Respublikasında strateji düşüncələr" adlı forumda çıxış edib. 313news.net-in "Fars" xəbər agentliyinə istinadlı məlumatına görə, dini lider qadın və ailənin ölkədəki yerindən bəhs edib.
Xameneyi bildirib ki, İranın birinci məsələsi qadın və uşaqdır: "Qərbin qadına baxışı azğınlıq və qaranlıq içindədir. Bu isə qadının kəramətinə ən böyük xəyanətdir, zərbədir!".
O, həmçinin təəssüflə qeyd edib ki, qərbdə qadının şəhvət vasitəsinə çevrilsə də cəmiyyət bunu normal və sakit qarşılayır: "Ən radikal faministlər, düşündüklərinin əksinə olaraq qadınların maraqlarına ən böyük zərbəni endirirlər".
İslam Respublikasının rəhbəri forumda bildirib ki, Qərb qadın məsələsini böyük hərarətlə müzakirə etsə də ailə mühitindən əsla danışmır, bu da qərbin böyük zəifliyidir.