"Müsəlmanlar diqqətli olsunlar"
İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi İslam İnqilabının banisi İmam Xomeyninin vəfatının 23-cü ili əlaqədar olan mərasimdə iştirak edib. 313news.net-in məlumatına görə, ölkənin rəhbəri bildirib ki, İran İslam İnqilabı bu günkü İslami oyanış hərəkatlarının atasıdır: "İnşallah bütün səylər öz nəticəsini verəcək. Yayılmaq istəyən təfriqə oduna qarşı diqqətli olmalıyıq. İslam və müsəlmanların gələcəyi şübhəsiz bu gündən yaxşı olacaqdır".
Əli Xameneyi bildirib ki, İsrail və onun himayədarları olan ABŞ və Avropa bu gün iqtisadi, siyasi və sosial böhranla üzləşib və "amerikaçı" hökumətlər yıxılır. O həmçinin bildirib ki, İrana qarşı sanksiyalar qərbə qarşı nifrəti artırmaqdan başqa heç nəyə yaramır: "Bu sanksiyalar bizim üçün inkişaf və dayanıqlıq yolunda bir fürsət oldu".