“Bölgə xalqları qətiyyət və iradə nümayiş etdirməlidirlər”, - İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejat Kirmanşah şəhərinin “Azadlıq” stadionunda çıxış edərkən belə deyib.
SalamNews “İRİB”a istinadən xəbər verir ki, Əhmədinejat bildirib: “Amerika və İsrail Yaxın Şərq xalqlarının azadlıqsevər hərəkatlarını boğmaq, bölgədə öz mövqelərini qorumaq və eləcə də İranla ərəb ölkələrinin münasibətlərini kormalaq məqsədi ilə sünni və şiələr arasında müharibə salmağa çalışır, Yaxın Şərq və Şimali Afrika xalqlarının içinə nifaq toxumu səpir”.
İran prezidenti əlavə edib: “İsrail və ABŞ-ın İordaniyanı parçalamaq səyləri uğur qazanmayıb. Sionistlərə və onların müttəfiqlərinə bizim bölgədə yer yoxdur. Bütün İslam xalqları birləşməli və İsraillə Amerikanın ekspansiya siyasətinin cavabını verməlidirlər”.
İİR prezidenti öz çıxışının sonunda Liviya və Bəhreyn hökumətlərinin öz xalqlarına qarşı tətbiq etdikləri zorakılıq tədbirlərini pisləyib.