Prezident postuna iddialılar barəsində məlumat

İranda 10-cu prezident seçkilərinə 4 namizəd üçün püşkatma əsasında tənzimlənmiş cədvələ uyğun olaraq təşviqat kampaniyası çərçivəsində radiodan İran xalqı ilə seçkilər barədə birinci dialoqa başlayan Mahmud Əhmədinejad ötən 4 ildə ölkənin iqtisadi nailiyyətlərinə işarə edərək, polad , sement , neft-kimya , mis , alüminium sahələrində istehsal həcminin artması xüsusilə də qeyri-neft istehsalının üç dəfə artması və neft sahəsində investisiyaların qoyulmasının yüksək həddə çatmasını nailiyyətlərin bir hissəsi adlandırıb.

Əhmədinejad deyib : 4 il səydən sonra hal-hazırda elm və texnologiya sahəsində xeyli inkişaf etmişik. Nüvə sahəsində dünyada birincilər sırasında dururuq və peyk düzəldib kosmosa buraxmaq həmçinin nano-texnologiyası sahəsində də dünyada birinci ölkələrin kənarında yer tuturuq. Çıxışının sonunda iranlı qövmlərin hamısına öz təşəkkürünü bildirən Əhmədinejad deyib : Biz İran xalqı və əziz xalqın məhəbbətinə borcluyuq və hamımız Allaha təvəkkül və Həzrət İmam Zaman (əc)-ə sevgi ilə abad , modern , əziz və başıuca İrana və ədalət , təhlükəsizlik , sevgi və qardaşlıqla dolu olan dünyaya sarı addım atırıq. 10-cu prezident seçkilərinə 4 namizəd üçün püşkatma əsasında tənzimlənmiş cədvələ uyğun olaraq, birinci televiziya tribunası Mirhüseyn Musəvinin ixtiyarına verilib.
O deyib : Seçkilər astanasında tənqid və ya söhbət etmək daim digər rəqiblərə ehtiramla yanaşı olub. Bu da ölkədə azadlıq və yaxşı atmosferin olmasını göstərir və seçkilər mövcud durum və keçmiş vəziyyəti araşdırıb gələcəyə nəzər salmağımıza zəmin yaradır. Musəvi vurğulayıb : Seçkilər ərəfəsində ölkədə həssaslıq artır və xalq keçmişdəki mövcud duruma baxır və onlara imkan yaradır ki, görəsən bu seçkilər mövcud durumu sabitləşdirməlidirlər , yoxsa vəziyyətlə bağlı dəyişiklik aparmalıdırlar.
O həmçinin ölkə daxilində külli miqdarda istehsal olunan eyni məhsulların xaricdən ölkəyə idxal olunmasını və ya bəzi kənd təsərrüfatı və sənaye əmtəələrinin gətirilməsini tənqid edib və deyib : Dünyanı idarə etmək üçün əvvəlcə ölkəni düzəltmək lazımdır , biz Fələstin amalında güclü olduğumuz təqdirdə onları himayə edə bilərik. Biz Latın Amerikası ölkələri ilə ticarət və iqtisadi münasibətlərimizi regiondakı bazarları ixtiyarımıza alıb bu hövzələrdə öncül olduğumuz təqdirə səmimiləşdirə bilərik. Biz regionda strategiyamızı dərindən dərk etdiyimiz vaxt Fars Körfəzində fitnəkarlıqlarla mübarizə apara bilərik.
*******

Dünən İranda 10-cu prezident seçkiləri dövrünün təşviqat kampaniyasına başlanması internet saytlarında geniş əks etdirilib. İranın informasiya texnologiyalar şəbəkəsinin məlumat bölməsinin Səlam informasiya agentliyinə istinadla verdiyi məlumata görə , Yahoo saytı iki dəfə İran seçkiləri ilə bağlı məlumatları indeks üzərində məlumat çıxışlarının başında qərar verib. BBC saytı da cümə günü azından 3 dəfə öz məlumatlarını İngilis və Fars dili bölməsinin üzərində yer verib. Ötən il internetdə ən nümunə portal məlumat adını qazanmış Google saytının informasıya hissəsi İran prezident seçkilərinin informasiyalarını özünün məlumat hissəsinin başında yerləşdirdi. Belə ki, İran seçkiləri ilə bağlı Google saytında Google məlumatı axtarışların nəticələrinin başında yer tutdu. Bundan əlavə , World News informasiya kanalı internetdə 300-dən çox informasiya saytı ixtiyarındadır və Tehranda seçkilərin möhtəşəm keçirilməsi barədə müxtəlif foto-şəkilləri özünün əsas sayt indeksində qərar verib. Bundan savayı , CNN kanalının saytı da cümə günü hər iki saatdan bir İranın seçki informasiyalarını özünün informasiya hissəsinin başında yer verdi.
Qeyd edək ki, İSNA , İRNA və İranın Mərkəzi İnformasiya agentliyi prezident seçkiləri ilə bağlı informasiyaların təqdimində mətn və foto-şəkil informasiyaları çatdırmaq nəzərindən digər Fars Web saytları ilə müqayisədə yüksək yerə malik idilər.

IRIB

В этом разделе