PKK-nın hərbi qanadının rəhbəri Murad Qarailanın tutulması xəbəri təsdiqlənib

Ələddin Boruçerdi: “PKK-nın ikinci şəxsi İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub”.

313news.net saytının APA-ya istinadən verdiyi məlumata görə  İran parlamentinin təhlükəsizlik və xarici əlaqələr komissiyasının rəhbəri Ələddin Boruçerdi PKK-nın hərbi qanadının rəhbəri Murad Qarailanın tutulması xəbərinin təsdiqləyib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, komissiya sədri PKK rəhbərlərindən birinin həbs edildiyini etiraf edib: “Bu xəbərlər həqiqətə uyğundur. PKK-nın ikinci adamı İran təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib. PKK-nın ikinci adamını ələ keçirməklə bizim kəşfiyyat orqanlarımız böyük uğur əldə ediblər”. 

Bir qədər öncə Türkiyə kütləvi informasiya vasitələri Qarailanın Şimali İraqda İran xüsusi xidmət orqanları tərəfindən həbs olunması ilə bağlı təsdiqlənməmiş məlumat yayıblar. PKK terror təşkilatı isə Murad Qarailanın həbs olunması xəbərini inkar edir.

Xatırladaq ki, PKK terror təşkilatının hərbi qanadının rəhbəri olan Murad Qarailan terror aktı təşkil etməkdə və çoxsaylı qətllərdə ititham olunur. 

В этом разделе