İslam Respublikasının parlamenti Səudlara sərt xəbərdarlıq edib
Bu haqda İslam-Azeri.az İnternet qəzeti İRNA-ya istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, İslami Şura Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası keçirdiyi iclasda Səudiyyə Ərəbistanının həssas Fars körfəzi bölgəsində Bəhreynə ordu yeritməsini odla oynamaq və Krallıq rejiminin "öz əleyhinə atdığı addım" kimi dəyərləndirib.
Bu Komissiyanın açıqlamasında deyilir: "Səudiyyə Ərəbistanı, bölgədə ABŞ siyasətini icra etmək əvəzinə öz ölkəsi, həmçinin İslam dünyasının mənfəətlərini düşünməli, bölgədə böhran yaratmaq əvəzinə, sülh və sabitliyin təmin edilməsi üçün Bahreyndən əsgərlərini geri çəkməlidir. Bölgədəki mövcud vəziyyət beləgedəcəyi təqdirdə, reqionun tarixi vəziyyətini dəyişdirəcək və daha çox problemlərə gətirib çıxaracaq. ABŞ və müttəfiqləri bütün imkanlarını səfərbər etməsinə baxmayaraq məğlub olacaq və millətlər də öz xeyirlərini əldə edəcəklər."
Bahreynə qarşı bu hücumun işğal olduğuna toxunan Komissiya, Bahreynin məzlum xalqının bu hadisəyə tarixi boyunca ürək ağrısı və nifrətlə xatırlayacağını ,işğalçılara qarşı çox ciddi mübarizə yollarına əl atacaqlar.