"Bu şayiələr həmişə olub, indi də var. Bir gün keçəcək və hamı görəcək ki, bu yalan imiş"
Bəzi portallar “Lenta.ru” saytının yaydığı məlumata istinadən məlumat yayıblar. Məlumatda qeyd olunur ki, ali dini lider Əli Xamneyinin oktyabrın 12-də yerli vaxtla saat 14.15-də huşunu itirib və təcili olaraq xəstəxanaya aparılıb.
Bildirilir ki, İranın ali dini lideri koma vəziyyətindədir, oğlu və şəxsi həkimindən başqa yanına heç kəs buraxılmır. Müxalifət isə Əli Xamneyinin oktyabrın 14-də vəfat etdiyini bəyan edib.
Yayılan bu məlumatların nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək məqsədilə İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ilə əlaqə yaratsaq da, heç bir münasibət öyrənə bilmədik. Səfirlikdən bildirdilər ki, hazırda bizə cavab verəcək səlahiyyətdə heç kim yoxdur.
Günün sonunda isə açıqlama Ayətullah Xamneyinin Azərbaycandakı təmsilçisi Seyyid Əli Əkbər Ocaqnejaddan gəldi. İslam-azeri.az internet qəzetinə verdiyi müsahibəsində o, bildirib ki, bu məlumat yalan və dezinformasiyadan başqa bir şey deyil. "Bu şayiələr həmişə olub, indi də var. Bir gün keçəcək və hamı görəcək ki, bu yalan imiş".
pia.az