Nyusvik (Newsweek) jurnalisti İranda iğtişaşları qızışdırdığını etiraf etdi

"Dəyərlər" AİN-ə istinadən verilən xəbərə görə Tehranda saxlanılan Nysuvik (Newsweek) jurnalisti Qərbin maraqlarına uyğun addımlar atdığını etiraf edib. CNN-in verdiyi xəbərə görə, Mazayir Bahari keçirdiyi mətbuat konfransında öz etiraflarını səsləndirib.
Mənbələrin verdiyi xəbərə görə, Bahari İranda seçkiqabağı kampaniyanın gedişi ilə bağlı qəsdən yalan materiallar dərc etdirdiyini bildirib. Artıq on ildir ki, İranda yaşayan və sözügedən qəzetin əməkdaşı olaraq çalışan Bahari Qərbin marağına uyğun olan reportajlar hazırladığını da etiraf edib.

Qeyd edək ki, İran hökuməti bir neçə dəfə xarici jurnalistləri iğtişaşları qızışdırmaqda ittiham edib. "Dəyərlər" AİN


В этом разделе