Müsəlmanlar, Öz Hədəflərinin Reallaşmasından Məsuldurlar

Vəhdətin təməllərindən biri, dünyada Müsəlmanların vəzifəsi olan məsuliyyətləridir və öz hədəflərinin reallaşması üçün hərəkət etmələri lazımdır.  

Media-islamın istinadlı xəbərinə görə, İran Respublika başçısı Mahmud Ahmedinejad 17 Mart Çərşənbə axşamı günü Kürdüstan alim və ruhanilərinə xitab olaraq: Müsəlmanlar, dünyanın bütün məsələlərinə qarşı məsuldurlar və Peyğəmbərin sallallahu əleyhi və alih yolu hədəflərinin reallaşması üçün işləməyən kimsə Müsəlman deyil, dedi.

Ahmedinejad: İnsanlığın xoşbəxtliyi, Allaha tapınma, ədalət və ilahi peyğəmbərlərin öyrətməsi və hidayət etməsiylə reallaşar, dedi.

Respublika başçısı, izzət, şərəf və İslam təlimlərinin reallaşmasını bütün Müsəlmanların ortaq hədəfi olduğuna toxunaraq: Düşmən, indiki vaxtda İslam əleyhinə etdiyi ən ağır tarixi hücumlarını etməkdədir. Əgər qəflət etsək, bütün torpaqlarımızı işğal edəcəklər, dedi.

Ahmedinejad, Sionist rejimin varlığının İslam əleyhinə ən böyük hücum olduğuna toxunaraq: Əgər Sionist rejim fürsət tapsa, İslamdan bir əsərin qalmasına belə icazə verməz, dedi.

Ahmedinejad: Kürdüstan alimləri açıq görüş və ağıllılığıyla çətin şərtlərdən keçmişlərdir. Düşmənlərin işlərinə baxmayaraq, Kürdüstana vəhdət kölgəsində ümid və sevinc hakimdir, dedi.

Cənab Ahmedinejad: İnqilab dövründə Kürdüstan xalqı ən çətin imtahanlardan keçərək yüksəlmişlər, dedi. /media-islam.com/


В этом разделе