Muhsin Rızaidən Mir Hüseyn Musəviyə "ABŞ-İsrail" Xəbərdarlığı

İran prezidentlik seçkiləri namizədlərindən Muhsin Rızai, seçki nəticələrinə etiraz edən Musəvini xəbərdar etdi.





İran prezidentlik seçkiləri namizədlərindən Muhsin Rızai, Amerika və İsrailin İran əleyhində sui-qəsd arxasında olduğunu ifadə edərək, prezidentlik seçkilərini itirən Mir Hüseyn Musəviyə və Mehdi Kerrubiyə Respublika başçısı Mahmud Ahmedinejad ilə əməkdaşlıq etmələrini istədi.

Tehranda təşkil etdiyi mətbuat konfransında "Amerika və İsrail İranda ayrılıq və parçalanma çıxardaraq İranı zəiflətmək istəyir" fikirlərini irəli sürdü. Bu şəkildə İranın sanksiya və ya hücumlar qarşısında təslim olmasını istəyirlər" deyən Rızai, İrandakı prezidentlik seçkiləri sonrasında yaşanan qarışıqlığın İranda parçalanmalara yol aça biləcəyi xəbərdarlığını edərək seçki mübahisələrinə son verilməsini və Ahmedinejad ilə əməkdaşlığına girilməsini istədi.

İrandakı seçki mübahisələrinin ölkəni bölünməsinə gətirə biləcəyi xəbərdarlığını edən Rızai, hökumətin etirazçılar qarşısında etdiyi rəftarı da tənqid edərək, hər iki tərəfin arasındakı döyüşün İslam Respublikası düşmənlərinin əlinə fürsət verdiyini söylədi.

Yaşanılan hadisələrin İran gələcəyi üçün bir təcrübə olduğunu ifadə edən Rızai, hər iki tərəfdən qaynaqlanan zərərlərin təmir edilə biləcəyini söylədi.

isra xəbər


В этом разделе