Mossad agenti İran gəmilərini pusurmuş

Livanda həbs edilən Mossad casuslarından biri bəzi etirafları edib.

İslam-Azeri.az internet qəzetinin Livan mətbuatına istinadən verdiyi xəbərə görə, Livan təhlükəsizlik qüvvələri tərəfindən bir neçə gün əvvəl həbs edilmiş ordu zabiti bəzi etiraflar edib.

Etiraflarında o bildirib ki, İsrail rejiminin casusluq təşkilatı olan Mossadın tapşırıqlarına əsasən o, Livana gələn İran gəmiləri haqqında dəlillər toplayırmış.

İsrail tərəfi ona, "Hizbullah"a aid olan silahlar haqqında da məlumat toplmasını əmr verib.
İslam-Azeri.az

В этом разделе