Mahmud Əhmədinejad: "Allahın izni ilə bu müharibədə uğur qazanacağıq"

İran prezidenti Mahmud Əhmədinejad ölkəsi ilə Qərb dövlətləri arasındakı hazırkı münasibətlərə aydınlıq gətirib.

Dövlət televiziyasında çıxış edən Əhmədinejad bildirib ki, Qərblə aparılan müharibədə İran bəzi əngəllərlə qarşılaşsa da, bu əngəllər idarəetmədə ciddi problemlərə səbəb olmur.

"İnsanlar bilməlidir ki, İranla Qərb dövlətləri arasında ağır, gizli və geniştərkibli müharibə gedir. İran bu müharibədə irəlidədir və biz Allahın izni ilə bu müharibədə uğur qazanacağıq. Hər bir halda xarici pul mübadiləsi dəyərlərini nizamlamaq çətin məsələdir, lakin hökumət belə məsələlərlə bağlı nəzarəti itirməyib. Valyutamızın transfer olunması, neftin satışı və sairə kimi məsələrlədə İrana qarşı əngəllər törədilir, lakin biz bu əngəlləri asanlıqla aşa bilirik. Belə maneləri dəf etmək heç də çox vaxt almır", - deyə Əhmədinejad bildirib.

anspress.com

В этом разделе