“Lazım olsa canımı da İslam üçün fəda etməyə hazıram”

Faktxeberin İran mətbuatına istinadən verdiyi məlumatlna gör, Ayətullah Xamnei xütbəsində, polisə, müxalifətə, Rəfsancaniyə və Qərb dünyasına əhəmiyyətli mesajlar verib

Ayətullahül-Üzma Seyid Əli Xamnei: «Seçkilər düşmənlərimiz üçün siyasi zəlzələ, xalqımız üçünsə böyük müvəffəqiyyət idi, xalqın 85 fazinin - 40 milyonun iştirakına baxanda görmək olar ki, burda İmam Zamanın (əc.) nəzəri var»

Dünən bütün dünya İranın ali dini liderinin Cümə xütbəsini dinləmək imkanı qazandı. Ayətullah Xamneinin Cümə xütbəsi beynəlxalq KİV-lər tərəfindən diqqətlə izləndi, nəşr olundu və efirə verildi. Dünya mediası ilk dəfə olaraq bir xütbəni canlı yayınlayaraq tarixə həkk etdi.

Cənab Seyid Əli Xamnei öz çıxışında son günlər İranda yaşanan hadisələrə toxunaraq xalqı sabitliyə və bir mövqedə qalmağa çağırdı. İran xalqının və İslam aləminin bir hüzura ehtiyaclı olduğunu ifadə etdi. Ali Dini Lider İranın və İran xalqının dünya qarşısında necə bir strateji mövqeyə malikliyini açıqlayaraq, Allah yolundan ayrılmamalarını və üzərlərinə düşən vəzifələri yerinə yetirmələrini istədi.

O, tarixi xütbəsini belə davam etdirdi: «İnanıram ki, Allahın köməy ilə İran xalqı məqsədinə çatacaq, siyasi həyəcan və qarışıqlıq bizə Allahı unutdurmamalıdır. Siyasi mübahisələr təbiidir və hər ölkədə ola bilər. Ancaq bu hadisələr vəhdətimizi ardan aparmamalı, bizi doğru yoldan uzaqlaşdırmamalıdır. İran İslam inqilabı müqəddəs dəyərlər üzərinə qurulub və hər gün güclənməkdədir. Son 20 ildə Qərb mədəniyyətinin tənəzzülə doğru getdiyini görürük. Ancaq biz qarşımıza çıxan problemləri inancımızla həll edəcəyik. Peyğəmbərimizi və Allahı hər vaxt içimizdə hiss edərək yaşayırıq. Bu inancla dəyərlərimizi də yaşadırıq. Xalqımızın güclü olmasının əsl səbəbi də elə budur».

Ayətullah Xamnei seçkilərlə əlaqədar bunları söylədi: «Qərb ölkələrinə və mediaya deyəcəklərim var: mübaliğə etmək istəmirəm, ancaq böyük bir müvəffəqiyyət əldə etdik. Seçki böyük bir inqilabdır. Bu seçkiyə xalqın əksəriyyəti qatıldı. Seçkilər düşmənlərimiz üçün siyasi zəlzələ, xalqımız üçünsə böyük müvəffəqiyyət idi. İranın gəncliyi də bu seçkilərdə seçimlərini ortaya qoydu. Mən heç bir demokratik ölkədə belə seçki görməmişəm. Seçkilərdə xalqın 85 fazinin - 40 milyonun iştirakına baxanda görmək olar ki, burda İmam Zamanın (əc.) nəzəri var. Fərqli siyasi seçimlər ortaya çıxdı. Bu çox əhəmiyyətli bir şeydir. Gənc nəsilimiz bu yolla dünyaya öz sözünü dedi».

DİNİ DEMOKRATİYA VURĞUSU

İranın dini demokratiya ilə idarə olunduğunu söyləyən Ayətullah Xamnei seçkilərdə də bunun müsbət tərəflərini gördüklərini və dünyaya göstərdiklərini söylədi. Qərb ölkələrinin fitnələrinə toxunaraq dedi: «İran xalqı seçkilərdə İslam quruluşuna bağlılığını göstərərək düşmənlərə böyük bir cavab verdi.»

Ayətullah Xamnei seçkilərdə hiylə işlədildiyi iddialarını sərt şəkildə rədd edib: «Əgər insanlar bu ölkədə özlərini azad hiss etməsəydilər, seçkilərə getməzdilər. Onsuz da Qərb bu seçkilərdə fitnə yaratmaq, İran xalqını hövsələdən çıxartmaq istəyirdi. Bizlərin Allah qarşısında məsuliyyətimiz var.»

Seçkilərdən sonrakı etirazların yaxşı bir şey olmadığını ifadə edən natiq, bu etirazlarda baş verən hadisələrə görə siyasi rəhbərlərin məsuliyyət daşıdığını deyib. Küçələrdəki etirazların İslam hakimiyyətini dəyişdirə bilməyəcəyini deyən Ayətullah Xamnei, İslami inqilabın hər keçən gün daha da gücləndiyini vurğulayıb: «Bizim quruluşumuz dini demokratiyadır. Bu quruluşda insanların ürəkləri bir-birinə daha da yaxınlaşır. Keçən Cümə günü keçirilən seçkilər bunu göstərdi. İnsanlar özlərinə güvənirlər, ümid bəsləyirlər və bu ölkəyə bağlıdırlar, İslam Respublikasının dəyərlərinə böyük bir şövqlə etimad edirlər. Düşmənlərimizin istədiyi şey isə qarışıqlıq yaratmaq idi. Onlar bizim İslami təməlimizi sarsıtmaq istəyirdilər, seçkilərə şübhə yaratmaq niyyətindəydilər.

BÜTÜN NAMİZƏDLƏR İSLAMİ NİZAMA BAĞLIDIR

Ali Dini Lider Qərb ölkələrinin Musəvini İran dövlətinə qarşıymış kimi göstərmələrinə toxunaraq, prezidentliyə namizədlərin İslam İnqilabının və İran İslam Respublikasının qoruyucuları olduğunu, hamısının eyni fikri mənimsədiyini söyləyib.

Ayətullah Xamnei namizədlərə səslənərək, seçkilərdən sonra baş verən hadisələrin təhlükəli həddə çatmaması üçün diqqətli olmalarını istəyib. Ali Dini Lider xütbəsini belə davam etdirib: «Keçirilən hər seçkidən sonra məğlub olanların küçələrə çıxması lazımdırmı?! Nümayişlər əsnasında baş verən hadisələr qəbul edilə bilməz. Kimsənin xalqı narahat etməyə haqqı yoxdur. Heç kəsə İş adamlarının, günahsız insanların həyat tərzini pozmaq ixtiyarı verilməyib. Siyaslərin etdiyi açıqlamalrda diqqətli olmaları gərəkdir. Fitnələrə getmək lazim deyil».

QƏRBİN «DEMOKRATİYA AŞİQLƏRİ»NƏ SƏRT MESAJ

Ali Dini Rəhbər bəzilərinin İranı Gürcüstana bənzətməsini əsassız sayıb: «İranı necə orayla müqayisə edirsiniz? Düşmənlərimizin problemi İranı daha yaxından tanımamalarından irəli gəlir. İran Gürcüstan deyil. Bir sərmayəçi 10 milyon dollarla Gürcüstanda məxməri inqilab reallaşdırdığını söylədi. Mənim üçün ən çirkin və ürək bulandırıcı görünən insan haqqları adı altında ABŞ-ın Əfqanıstanda İraqda Fələstində insanları qanına qəltan etməsidir. İsrail rejimini kim dəstəkləyir? ABŞ-ın bir çox cinayətlərini görük. Demokratlar partiyasından olan Klintonunun hakimiyyəti dövründə Davudi təriqətinə mənsub 88 qadın, kişi və uşağın aksiya keçirdikləri binaya od vuraraq onları diri-diri yandırdılar. Siz insan haqqlarından heç bir şey anlamırsınız, budur sizin insan haqqlarından anladıqlarınız?!

İran İslam Respublikası insan haqqlarını qoruyan yeganə dövlətdir. Daim Əfqanıstanda, İraqda, Fələstində məzlumların yanında olaraq bunu sübut etdik.»

www.faktxeber.com

В этом разделе