Lavrov: "İran və 5+1 ölkələrinin apardığı müzakirə ümid vericidir."

"İran və 5+1 ölkələrinin apardığı müzakirə ümid vericidir." 313news.net-in IRNA-ya istinadəv verdiyi xəbərə görə Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyalı həmkarı Guido Westervele ilə birlikdə keçirdiyi mətbuat konfransında belə deyib.

 

O, daha sonra İran nüvə məsələsinin 5+1 görüşləri çərçivəsində həll olunması barədə Rusiya və Almaniyanın əməkdaşlıq etdiyini qeyd edərək, "addım-addım" prinsipi və qarşılıqlı təşəbbüs çərçivəsidə hərəkət etməyə çalışdıqlarını bildirdi.

Rusiya Xarici İşlər Naziri İran və 5+1 qrupunun son görüşlərinə işarə edərək, bu müzakirələrdən müəyyən nəticələrin əldə olunacağını və iki tərəf arasındakı müzakirələrin müsbət və faydalı mərhələyə keçdiyini, bunun da ümidverici bir hal olduğunu qeyd etdi.

Almaniya Xarici İşlər Naziri də sözügedən ortaq mətbuat konfransında İran və 5+1 arasındakı müzakirələrdən dəyərli nəticələr əldə olunmasına çalışdıqlarını bildirdi.

 

В этом разделе