Ayətullah Xameneinin son cümə namazında Misir haqqındakı bəyanatı təqdir edilib
Misirin "İxvanül-müslimin" hərəkatı inqilabi proseslərlə əlaqədar mövqeyinə görə İran İslam Respublikasının Ali Dini Lideri Ayətullah Seyyid Əli Xameneiyə təşəkkür edib. 313news.net-in IRNA-ya istinadlı xəbərinə görə, təşəkkür bəyanatında "Misirin də Əhmədnejad kimi bir dövlət başçısı olacağına ümid edilir" deyilir.
Verilən məlumata görə, "bbc" telekanalı ilə canlı yayımlanan verlişdə, "İxvanül-müslimin" təşkilatının bir üzvü olan Kamal Əl-Həlbavi Misirdə konstitusiyanın dəyişdirilməsi üçün bir çox siyasi partiyanın fəaliyyət göstərdiyini deyib. O, həmçinin qeyd edib ki, Hüsnü Mübarək devrildikdən sonra şəffaf seçkilər keçiriləcək və xalq öz gələcəyini təyin edəcək.