İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xameneinin başsağlığı müraciətlərində deyilir: İraqda kədərləndirici terrorçu hadisəsi və İmam Hüseyn (ə) zəvvarları və dost hərəmi müsafirlərinin şəhid olması , ürəkləri Peyğəmbər (s.ə.s)-in xandanı eşqi ilə çırpınan və səadət və axirət xoşbəxtliyini Həzrət Məhəmməd (s.ə.s) və onun pak xandanına tabe olan ürəkləri qəmli və əzadar etdi.
İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Bu məzlumların qanlarını tökən və bu böyük cinayəti həyata keçirən qara üzlər bilməlidirlər ki, şeytanlar insanlar və cinlərin razılığını Övliyaların razılığını tərcih ediblər və özlərini əziz və qəhhar olan Allahın qəzəbi oduna salıblar.
Həzrət Ayətullah-əl-üzma Xamenei əlavə ediblər: İraqda bu cür kor və cilovlanmamış terrorizmin əsaslarını qoyan kobud əllər və şər beyinlər də bilməlidirlər ki, bu od onların özlərini də əsir edəcəkdir və bəzi islam ölkələri kimi onların nəhs niyyəti hamıdan daha çox onların öz boğazlarını sıxacaqdır.
Həzrət Ayətullah-əl-üzma Xamenei bu cinayət və ona bənzər cinayətlərdəki əsas müttəhimin terrorizmlə mübarizə üçün müsəlman ölkələrini zalımcasına işğal edib, on minlərlə insanı öz qanların qəltan edib və günü-gündən əmin-amansızlığı artıran amerikalı təhlükəsizlik qüvvələri və hərbçiləri olduğunu söyləyiblər.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Biz İraq dövlətindən gözləyirik ki, bu cinayətlərlə ciddi şəkildə mübarizəyə qalxsın və İraqdakı müqəddəs məkanların zəvvarlarının təhlükəsizliyini tam şəkildə təmin etsin.
IRIB
İslam İnqilabının Böyük Rəhbəri xalqa başsağlığı verib
İslam İnqilabının Böyük Rəhbəri İraqda kədərləndirici hadisə və İmam Hüseyn (ə) zəvvarlarının məzlumcasına şəhid edilməsinə görə başsağlığı müraciəti yayıblar.