İslam İnqilabı Rəhbəri Ayətullah Xamanei: "Dünya nizamını qəbul etmək, zorba güclərə təslimiyyətdir!"

İslam İnqilabı Rəhbəri Ayətullah Xamanei, "Dünya nizamına dönmə tövsiyələri, zorba güclərin istəklərinə təslim olmaq və bu gün ədalətli olmayan dünya nizamını qəbul etmə istiqamətindədir. Amma biz buna xeyr deyirik" dedi.




FHA xəbər verir ki, İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamanei, dünən İmam Hüseyn(sa) Əsgəri Universitetinə etdiyi ziyarətdə, şagirdlərə xitab olaraq etdiyi danışmasında, elm, öyrənmə və irəliləmənin əhəmiyyəti üzərində dayanarkən, "Elm, mübarizə, güclü bir iman və iradə bir araya gəldiklərində, elə bir insanlar ortaya çıxar ki dünya, bu insanlar üzündən gələcəyindən ümidli ola bilər" ifadə etdi.

Danışmasının davamında, elm və məlumatdan bir ilahi lütf olaraq danışan İslam İnqilabı Rəhbəri Ayətullah Xamanei, bu mövzuda, "Ancaq təəssüf ki, kimi insanlar, bu ilahi lütfdən fəsad və əxlaqsızlıq mühiti meydana gətirmək, laqeydlik və nizamsızlığa səbəb olma, hücum və istismar uğruna istifadə etməkdələr. Bunun nəticəsi də, dünyanın zalım və zülmü qəbul edənlər olaraq ikiyə bölünməsi olmuşdur" deyə vurğuladı.

İslam İnqilabı Rəhbəri Ayətullah Xamanei mövcud dünya nizamınına əyilmənin nə demək olduğunu açıqlayarkən bunları söylədi: Bizə tövsiyə edib də İran xalqının dünya nizamına dönməsini istəyənlər, əslində İran xalqının İslam İnqilabı sırasındakı hərəkətindən ciddi şəkildə narahatdırlar.. Dünya nizamına dönmə tövsiyəsi, zorba güclərə təslim olmaq və dünyada ədalətli olmayan bir nizamı mənimsəmək demək idi, halbuki İran xalqı son 30 il boyunca bu məntiqsiz çağırışı dayanıqlılıqla rədd etməsini bilmişdir. Dörddəbir əsrdən çoxdur İran xalqı və İslam Respublikasına tətbiq olunan təzyiqlər, İslam İnqilabını alt etməyi məqsəd qoydu, amma bir nəticəyə çata bilmədilər və gələcəkdə də çata bilməyəcəkləri ortadadır!.'
İran İslam İnqilabı Rəhbəri Ayətullah Xamanei İmam Hüseyn Əsgəri Universiteti vahidlərindən Aerodinamika Araşdırmalar Mərkəzində araşdırmalar apararaq, səs sürəti üzərində külək tuneli proyektinin planlanma və istehsal müddətini də yaxından izləmiş oldu. Təyyarə texnologiyasında yüksək bir diqqət təmin etməsi baxımından böyük əhəmiyyət daşıyan bu texniki proyekt məzmununda səs sürəti üzərində külək tuneli, İslam İnqilabı Rəhbərinin hüzurunda sınandı və Ayətullah Xamanei bu sınaqdan sonra etdiyi danışmada İslam İnqilabı Gözətçiləri Ordusuna mənsub mütəxəssislər və araşdırmaçıların elmi mücahedelerini təqdir edərək "Elmi sahədə geri qalmışlıqların kompensasiya edilə bilməsi üçün mütləq qısa yolların dövrəyə salinması lazımdır. İslami İranın günümüzdəki irəliləmə və müvəffəqiyyətləri keçmiş illərdəkilərlə müqayisə edilə bilməyəcək qədər irəli olub bu anda İrandakı elmi inkişaf və irəliləmə sürəti fövqəladə qürur vericidir." dedi.

313news.net

В этом разделе