İraqın baş naziri Nuri əl-Maliki regional inkişaf və ikitərəfli münasibətləri müzakirə etmək məqsədi ilə Tehrana səfərə gəlib. Tərəflər həmçinin İslam Respublikasının nüvə proqramı ətrafında da fikir mübadiləsi aparacaqlar
SalamNews-un “Press TV”yə istinadən verdiyi xəbərə görə, Malikini İranın energetika naziri Məcid Namcu qarşılayıb.
Xatırladaq ki, İslam Respublikası ilə “altılıq” arasında danışıqların ikinci mərhələsi mayın 23-də Bağdadda təşkil olunacaq.
Danışıqların birinci mərhələsi aprelin 14-də İstanbulda başa çatıb. Hər iki tərəf onları müsbət dəyərləndirib.