İranla bağlı qətnamə bu gün səsverməyə çıxarılacaq

Qətnamədə uranın zənginləşdirilməsi ilə bağlı zavodun inşasının dərhal dayandırılması tələb olunur Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin nümayəndələrinin İranla bağlı tərtib etdiyi qətnamə layihəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdim olunub. Qətnamə bu gün səsverməyə çıxarılacaq.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətinin iclasında müzakirəyə çıxarılan qətnamədə İran Qum şəhərində uranın zənginləşdirilməsi üzrə ikinci zavodun inşasını dərhal dayandırmağa və gizli nüvə proqramına malik olmadığını təsdiqləməyə çağrılır. Həmçinin qətnamədə İranın nüvə proqramı ilə bağlı açıq qalan bütün məsələlərin həllində rəsmi Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığının vacibliyi vurğulanır.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Məhəmməd Əl Bəradeyi İranın beynəlxalq ictimaiyyətlə əməkdaşlıq məsələsində istək nümayiş etdirməməsindən narahat olduğunu bildirib. Məhəmməd Əl Bəradeyi İranın zəif zənginləşdirilmiş uranı növbəti işləmələr üçün digər ölkələrə göndərməkdən imtina etməsinə də etirazını bildirib. Onun sözlərinə görə, bu plan uzun sürən ziddiyyətlərdən sonra əlavə danışıqların aparılması və əhalinin ehtiyaclarının təminatına əla imkan yaradacaq. Həmçinin Məhəmməd Əl Bəradeyi İranın nüvə proqramının dinc məqsəd daşıdığını təsdiqləmədiyini və Tehranın hərbi təlimlər də daxil olmaqla, son zamanlar atdığı bir çox addımların narahatlıqları artırdığını bildirib.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi Əli Əsgər Sultaniyə isə xəbərdarlıq edib ki, qətnamə qəbul olunacağı halda, Tehranın əməkdaşlığı minimuma enəcək. /anspress/

В этом разделе