İranın peykinin missiyası uğurlu olub

İran peyki kosmosda problemlə üzləşməyib və əksinə işi uğurlu olub.

İslam-Azeri-nin İran KİV-lərinə istinadlı xəbərinə görə İranın "Ümid" adlı ilk süni peyki kosmosda öz missiyasını sona çatdırıb.

Bununla bağlı İribə müsahibə verən İranın kosmos və astronomiya elmləri doktoru və xüsusi eksperti Əsğər İbrahimi:"Ümid peyki indiyədək heç bir texniki problemlə üzləşməyib və kosmosda öz missiyasını uğurla sona çatdırıb"-deyib.

O peykin 38 gün orbitdə qalacağını və sonra yerə enəcəyini önə çəkib. İranın bu peyki bu günə kimi 700 dəfə yer ətrafına dövr vurub.

Ümid süni peyki tamamilə İranda konstruksiya edilərək istehsal olunmuş "Səfir 2" peyk qurğusu vasitəsi ilə və İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın göstərişi ilə fevral ayında kosmosa göndərilib.

İslam-Azeri.az

 

В этом разделе