İranın paytaxtı və 19 əyalətinin dövlət müəssisələrində istilərlə bağlı iş günü ləğv olunacaq

İranın paytaxtı Tehran şəhəri

İran Nazirlər Kabinetinin qərarı ilə  anomal isti hava şəraiti ilə bağlı bazar və bazar ertəsi günləri ölkə paytaxtı və 19 əyalətin dövlət müəssisələrində iş günləri ləğv olunacaq, - məlumatı İLNA yayıb.

Banklar və xəstəxanalar fəaliyyət göstərəcək.

Nazirlər Kabinetinin qərarına əsasən, digər əyalətlərin dövlət müəssisələrində iş gününün ləğv olunması barədə qərar, lazım gələrsə, əyalət qubernatorları tərəfindən veriləcək.

İran İslam Respublikasında cümə günü qeyri-iş günü hesab olunur. /TREND/

В этом разделе