İranın müdafiə naziri: “Xəzərin İrana aid hissəsini tam nəzarətdə saxlayırıq”

Bu barədə İranın müdafiə naziri Əhməd Vəhidi deyib.

“İran Silahlı Qüvvələri Xəzər dənizinin bizə aid hissəsinə tam nəzarət edir”. APA-nın MEHR xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İranın müdafiə naziri Əhməd Vahidi deyib. O bildirib ki, İran Xəzər dənizini sülh və mehribanlıq dənizi kimi qəbul edir: “Dənizdə hər hansı hərbi təchizatın yerləşdirilməsinin əleyhinəyik. Bu, İranın Xəzərlə bağlı siyasətidir. Amma təəssüf ki, kənar ölkələr regionda qarışıqlıq salmaq üçün Xəzərdə hərbi iştirak barədə layihələr planlaşdırırlar. Onlar odla oynayırlar. Biz Xəzərin İrana aid hissəsinin təhlükəsizliyini tam şəkildə təmin edirik. Bu iş Xəzəryanı ölkələrlə razılaşdırılmış şəkildə həyata keçirilir”.

В этом разделе