İranın sərnişin təyyarələrinə yanacaq verməyən Avropa ölkələrinin əməllərinə İran ilk cavab addımını atıb.
İslam-Azeri.az internet qəzetinin "Vaşinqton Post" qəzetinə istinadən verdiyi xəbərə görə, İran tərəfi İngiltərəyə məxsus təyyarələrə Tehranda yanacaq verməkdən imtina edib.
"British Midland Airwyas" şirkəti rəsmiləri bildiriblər ki, bir həftədir Tehranda onlara lazım olan yanacaq verilmir.
Bu səbəbə görə, London-Tehran reysi 7 gündür təxirə düşür.
Digər Avropa şirkətləri də artıq narahatdırlar.
Onlar növbəti zərbənin onlara dəyəcəyindən qorxurlar.
"Fars Nyus"a danışan İranın vitse-prezidenti Məhəmməd Rza Rəhimi də bu faktı təsdiqləyib, lakin ətraflı açıqlama verməyib.