İranın Gəmiçilik İdarəsi Böyük Britaniyanın ittihamlarını rədd edib

İranın Gəmiçilik İdarəsi Böyük Britaniyanın həmin idarənin balansında olan gəmilərlə qanunsuz və nüvə yüklərinin daşınması ilə bağlı iddiasını təkzib edib İranın Gəmiçilik İdarəsi Böyük Britaniyanın həmin idarənin balansında olan gəmilərlə qanunsuz və nüvə yüklərinin daşınması ilə bağlı iddiasını təkzib edib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

"Böyük Britaniya İranın Gəmiçilik İdarəsinə qarşı sanksiya tətbiq edib və idarənin fəaliyyəti ilə bağlı iddialar irəli sürüb, biz (İranın Gəmiçilik İdarəsi) həmin iddiaların cavabında bildiririk ki, bu qurumun fəaliyyəti beynəlxalq qanunlar çərçivəsində həyata keçirilir. İranın Gəmiçilik İdarəsi bu qanunlardan kənar heç bir qanunsuz hərəkətlərə yol verməyib", - deyə İranın Gəmiçilik İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumatda həmçinin deyilib ki, şirkət yalnız ticari yüklərin daşınması ilə məşğuldur və Böyük Britaniya dövlətinin nüvə və raket texnikalarının daşınması ilə bağlı iddiası böhtandır.

Məlumatda əlavə olunur ki, Böyük Britaniyanın sanksiyaları bu şirkətin beynəlxalq liman və sularda fəaliyyətinə bir o qədər təsir göstərməyəcək, beləki, İran və Böyük Britaniya arasında gəmiçilik ticarəti üzrə nünasibətlər çox az səviyyədədir./trend/

В этом разделе