Ali dini lider Prezidentlə səmimi görünüb
Mayın 7-si axşam Tehranda Ayətullah Xameneyinin ofisində həzrət Zəhraya (s) şami-qəriban mərasimi keçirilib. ABNA-nın məlumatına görə, mərasimdə prezident Mahmud Əhmədinejad, parlamentin spikeri Əli Laricani, Ayətullah Cənnəti, İslam İnqilabı Keşikçilərinin komandanı Məhəmmədəli Cəfəri, Ayətullah Şahrudi, Doktor Vilayəti və s. simalar iştirak edib.
Mərasimdə prezident Mahmud Əhmədinejad Ayətullah Xameneyinin kanarında əyləşib. Onlar bir-biri ilə səmimi söhbət də ediblər.
Qeyd edək ki, son günlər qərb və ərəb mətbuatı ali dini liderin prezidentin istefasını tələb etdiyini qeyd etmişdirlər. Xəbərlərdə qeyd edilirdi ki, dini rəhbərlə prezidentlə arasında kəskin qarşıdurma var.